Türkiyədə 110 nəfəri daşıyan gəmi batdı

  • Müəllif: Firuzə
  • 29 May 2026 19:50

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda, Cennet Adası yaxınlığında tur gəmisi batıb.

Gununsesi.info xəbər verir ki, 110 nəfərin olduğu gəmi sahil mühafizə qrupları tərəfindən təhlükəsiz şəkildə təxliyə olunub.

Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir. Gəminin hansı səbəbdən batdığı araşdırılır.

Gununsesi.info