Türkiyədə 3,3 bal gücündə zəlzələ olub

  • Müəllif: admin
  • 12 May 2018 18:24


Türkiyənin şərqində 3,3 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Van əyalətindən 35 kilometr şimalda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

 

Gununsesi.info