Türkiyədə 4,5 bal gücündə zəlzələ olub

  • Müəllif: admin
  • 17 İyun 2017 09:32

zelzele-tezxeber_1391596560

Türkiyədə, Ege dənizində 4,5 bal gücündə zəlzələ olub.

Gununsesi.info Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Fövqəladə Hallar Nazirliyinin Seysmoloji İdarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, yeraltı təkanların mərkəzi İzmir əyalətinin Karaburun rayonu olub. Yeraltı təkanların ocağı 11,88 km-də yerləşib.

Məlumata görə, zəlzələdən sonra əhali arasında vahimə yaranıb.

Gununsesi.info