Türkiyədə arvadı ilə dalaşan azərbaycanlı özünü bıçaqladı

  • By admin
  • 04 Fevral 2018 16:18


Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşı Neməddin A. özünü bıçaqlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə səhər saatlarında İstanbulun Qasımpaşa məhəlləsində baş verib.

Mənbənin yazdığına görə, o həyat yoldaşı ilə telefonda danışdıqdan sonra özünü qarnından bıçaqlayıb. Yaxınlıqda yaşayan sakinlər yaralının səsini eşidib köməyə gəliblər. O, təcili yardımla xəstəxanaya çatdırılıb.

Polis faktla bağlı araşdırmaya başlayıb.

Gununsesi.info