Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var

  • By admin
  • 01 Fevral 2023 09:26

Türkiyədə Tokat-Sivas yolunun Kızıliniş hissəsində idarəetmədən çıxan minik avtobusu aşıb.

Gununsesi.info xəbər verir ki, hadisə yerinə jandarm, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yaralanan sərnişinlər bölgədəki xəstəxanalara çatdırılıblar.

Gununsesi.info