Türkiyədə axtarışa verilən narkotacir Azərbaycanda tutuldu

  • By admin
  • 20 İyun 2018 12:21
Türkiyəsnin Xüsusi Təhlükəsizlik İdarəsi uzun müddətdir narkotik vasitələrin satışında günahlandırılan şəxsi Azərbaycanda tutub.
Gununsesi.info Unikal.org -a istinadən xəbər verir ki, saxlanılan şəxs 51 yaşlı Abdulselam.T-dir. O narkotik vasitələrin, psixitrop maddələrin qanunsuz dövriyyəsi və onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalında günahlandırılır.
Türkiyənin Təhlükəsiz İdarəsindən bildirilib ki, həmin şəxs İnterpol-Europol Müdirliyi tərəfindən Azərbaycanda tutulduqdan sonra İstanbul Atatürk Hava Limanına gətirilib və orada polislərə təslim edilib.