Türkiyədə bayramda 4 günlük küçəyə çıxma qadağası olacaq

  • By admin
  • 18 May 2020 22:22

“Ramazan bayramında 24, 25, 26, 27 mayda 81 vilayətimizdə küçəyə çıxma qadağası tətbiq olunacaq”.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən növbəti videokonfransdan sonra bildirib.

Türkiyə Prezidenti deyib ki, bəzi məscidlər 29 maydan ibadət üçün açıq olacaq. Onun sözlərinə görə, Türkiyənin 15 vilayətinə giriş-çıxış qadağası daha 15 gün davam edəcək.

Qeyd edək ki, Türkiyənin 31 vilayətindən 16-na giriş-çıxış məhdudiyyəti aradan qaldırılıb.

 

 

Gununsesi.org