Türkiyədə “ByLock” əməliyyatı

  • Müəllif: admin
  • 24 Yanvar 2017 10:30

polis

Türkiyənin Dənizli vilayətində növbəti dəfə “ByLock” əməliyyatı keçirilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizli Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli yazışma proqramı olan “ByLock”dan istifadə edən 15nəfər polis nəzarətə götürülüb.

Tibbi müayinədən keçən şübhəlilər daha sonra ifadələrinin alınması üçün Dənizli Polis İdarəsinə aparılıblar.

Qeyd edək ki, nəzarətə götürülən polislərdən 14-dü həbs edilib, biri isə sərbəst buraxılıb.

Anar

Gununsesi.info