Türkiyədə daha 28 nəfər pandemiyanın qurbanı oldu

  • By admin
  • 29 May 2020 20:50

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 28 nəfər ölüb.

Gununsesi.org xəbər verir ki,  bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 36155 şübhəli koronavirus testindən keçib, onlardan1141-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4489 nəfər ölüb, 162120 nəfər bu infeksiyaya yoluxub, 125963 nəfəri isə müalicə olunub.

Bu gün 1594  xəstə evə buraxılıb.

 

 

 

Gununsesi.org