Türkiyədə dövlət çevrilişini: - CANLI İZLƏYİN

  • By admin
  • 16 İyul 2016 12:07
boyle-teslim-oldu-7344767 (1)
07.57
ürkiyənin baş naziri Binəli Yıldırım bir neçə dəqiqə əvvəl OLKƏ TV-yə canlı bağlantı ilə müsahibə verib. Baş nazir bildirib ki, Türkiyənin əksər yerlərində ələ keçirilən hökumət qurumları yenidən dövlətin nəzarətinə keçib. Bununla belə baş nazir Türk Silahlı Qüvvələrinin komandanının harada olmasından xəbərsiz olduğunu deyib.
Gununsesi.info-da  türk telekanallarının canlı yayımını izləyə bilərsiniz.
*************************************************************************
Türkiyə Silahlı Qüvvələri içindəki qrupun hakimiyyəti ələ keçirməsi planı nəticəsində qardaş ölkədə polislə ordu arasında qarşıdurma olub. Gununsesi.info türk mediasına istinadən bildirir ki, təkcə Ankarada 47 ölü var. Onlardan 17 nəfərinin polis olduğu bildirilir.
Rəcəb Tayyib Ərdoganın və müxalifətin çağırışıyla küçələrə axışan Türk xalqı ordunun üzərinə yeriyib. Son məlumatlara görə, minlərlə insanın qarşısında duruş gətirə bilməyən ordu təslim olub. Müxtəlif yerlərdə hərbçilər silahları buraxaraq, vətəndaşlarn tərəfinə keçib.
tsk-ulke-yonetimine-el-konulmustur-8612672_x_8090_o
Prezident ərdoğanın çağırışından sonra milyonlarla insan Türkiyədə küçələrə axışıb. Türk mediasının xəbərinə görə, küçələrə çıxan insanlar həm də müxalifətin də hökumətə dəstəyindən sonra bu addımı atıb. Artıq Atatürk Hava limanındakı ordu tankları geri çəkilib.
**********
Miliyyətçi Hərəkat partiyasının lideri Dövlət Bahçeli baş nazir Binəli Yıldırıma zəng edərək, onların yanında olduqlarını bildirib. Gununsesi.info  xəbər verir ki, MHP lideri baş nazirə bunları deyib: “Dövlət çevrilişi qəbul edilməzdir. Bu qarışıqlıqda hökumətin yanındayıq”.

Erdogan

Türkiyə prezidenti Ərdogan CNN kanalında canı yaıma çıxıb. Gununsesi.info bildirir ki, prezident xalqı meydanlara çağırıb. O bildirib ki, çevrlişi ordu içərisində olan Fətullah Gülən tərəfdarları edib. Ərdogan bildirib ki, çevrlişiç heç də demokratiyaya sahib çıxmaq anlamı kimin dəyərləndirilməlidir.

 

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlama yayaraq, çevrlişi bütünlüklə ordunun etmədiyini, ordu daxilində bir qrupun Fətullah Gülən tərəfindən həayata keçirildiyini deyib.

*********************

Ordu qüvvələri hazırda AKP-nin mərkəzi qərargahını ələ keçirib. Hökumət rəsmi açıqlama yayaraq, xalqı dəstəyə çağırır.

son daki

Bir neçə dəqiqə əvvəl Türkiyədə dövlət çevrlişinə cəhd başlayıb. Gununsesi.info xəbər verir ki, İstanbul və Ankarada ordu strateji məkanları nəzarətə götürüb. Ehtimal olunur ki, AKP hökuməti devrilir. Baş nazir Binəli Yıldırım çevrlişə cəhd olduğunu deyib. o, əlavə edib ki, ancaq bu baş tutmayacaq.

 

https://www.youtube.com/watch?time_continue=3&v=ZSWMRFgERtY

https://www.youtube.com/watch?v=Suu69DPwbqM