Türkiyədə Dünya Humanitar Sammiti başlayır

  • By admin
  • 23 May 2016 09:36
sammit
Türkiyədə tarixdə ilk dəfə Dünya Humanitar Sammiti keçirilir.  “Gununsesi.info” APA-ya istinadən xəbər verir ki, BMT baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammitdə böhrana məruz qalan insanlarla ölkə liderlərinin ilk dəfə bir araya gələcək. Sammitdə dünyada yaşanan humanitar problemlərin həlli yolları müzakirə ediləcək.
Sammitdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edəcək.
Dövlət başçısı və xanımı artıq Türkiyədədir.