Türkiyədə FETÖ əməliyyatı davam edir: 2331 NƏFƏR SAXLANILIB

  • Müəllif: admin
  • 01 May 2017 13:20

FETO

Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri davam edir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, son bir həftə ərzində terror təşkilatına yardım etmək və terroru təşviq iddiasıyla 238 nəfər saxlanılıb. Bundan başqa təşkilatla əlaqədə ittiham olunan 2 min 331 nəfər isə nəzarətə götürülüb.

Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatında o da qeyd olunur ki, ölkə daxilində həyata keçirilən əməliyyatda aralarında terror təşkilatının liderlərinin də olduğu 38 terrorçu öldürülüb, 11nəfəri təslim olub, 16 nəfəri isə tutulub.

Anar
Gununsesi.info