Türkiyədə FETÖ-çülərin həbsi davam edir - 35 JURNALİST SAXLANILDI

  • By admin
  • 10 Avqust 2017 11:00

01

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra Fətullahçı terror təşkilatına (FETÖ) qarşı aparılan geniş əməliyyat davam edir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində 35 nəfər şübhəli şəxs barədə saxlanma qərarı verilib.

Belə ki, əməliyyat çərçivəsində təşkilatın şifrəli mesajlaşma proqramı olan “ByLock”-dan istifadə edən 35 nəfər şübhəli şəxs “silahlı terror təşkilatına üzv olmaq”da ittiham olunurlar.

Qeyd edək ki, nəzarətə götürülənlər arasında “Birgün” qəzetinin redaktoru Burak Ekici də var. Hazırda əməliyyat davam edir.

Anar
Gununsesi.info