Türkiyədə fövqəladə vəziyyət yenə uzadılır

  • Müəllif: admin
  • 08 Yanvar 2018 19:36

Türkiyədə fövqəladə vəziyyət daha üç ay müddətinə uzadılacaq.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

B.Bozdağ qeyd edib ki, bu qərar Türkiyə hökuməti tərəfindən qəbul olunub.

Baş nazir bildirib ki, bu yaxınlarda fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar rəsmən qüvvəyə minəcək.

Qeyd edək ki, Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyətin gələn ay ləğv ediləcəyi bildirilirdi.

Gununsesi.info