Türkiyədə güclü yanğın - Ölən və yaralananlar var

  • Müəllif: admin
  • 05 Dekabr 2016 16:57

bursa_izmir_yangin_051216

Türkiyənin Bursa şəhərində avtomobil yolunun tikilməkdə olan sahəsində baş verən yanğın nəticəsində 1 nəfər həlak olub.

Gununsesi.info-nun türk mətbuatına istinadən verdiyi məlumata görə, yanğın tikinti işçilərinin qaldığı tikilidə başlayıb.

Qısa zamanda bütün binaya yayılan yanğın yaxınlıqdan keçən metro qatarlarının hərəkətinin dayanmasına da səbəb olub.

Yanğın nəticəsində daha iki işçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Gununsesi.info