Türkiyədə güclü zəlzələ baş verdi, 70-dək insan xəsarət aldı - FOTO

  • By admin
  • 21 İyul 2017 07:37

ege-de-6-3-luk-deprem-gece-yarisi-halk-sokaga-dokuldu-9529857

Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. 

Zəlzələ nəticəsində Bodrum şəhərində 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

APA-nın xəbərinə görə, bu barədə hadisə yerindən Türkiyənin NTV telekanalı bildirir.

Məlumata görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir.

Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.

Gununsesi.info