Türkiyədə hərbçilər qəzaya düşdü -Ölənlər və yaralılar var

  • By admin
  • 04 Yanvar 2023 18:59

Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 2 hərbi qulluqçu həlak olub, daha ikisi yaralanıb.

Yaralıların xəstəxanaya çatdırıldığı bildirilir.

“Bizə dərin hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə, millətimizə başsağlığı və səbr, yaralılarımıza isə şəfa diləyirik”, – nazirlik qeyd edib.

Gununsesi.info