Türkiyədə hərbi bazada partlayış - 25 əsəgər yaralandı

  • Müəllif: admin
  • 10 Noyabr 2018 11:48

Türkiyənin Hakkari şəhərinin İraqla sərhəddə yerləşən Şemdinli bölgəsində hərbi bazada partlayış baş verib.

“Qafqazinfo”nun “Hürriyet”ə istinadən məlumatına görə, 25 əsgər yaralanıb, daha 7 hərbçinin isə axtarışları davam etdirilir. İnsident top atışı zamanı texniki cəhətdən nasaz silah-sursatın partlaması nəticəsində baş verib. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır.

Qeyd edək ki, Şemdinli Sülh Cəza Prokurorluğu məsələnin mediada işıqlandırılmasına qadağa qoyub.