Türkiyədə hərbi çevrilişi idarə edənlərin kimliyi bəlli oldu

  • By admin
  • 02 Noyabr 2016 16:35

cev-2

Türkiyədə 15 iyulda baş verən hərbi-çevriliş cəhdini Adil Öksüzlə birlikdə Kemal Batmazın idarə etdiyi məlum oldu.

Gununsesi.info “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, Ankara şəhər Prokurorluğu tərəfindən Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində həmin heyətin Türkiyə Silahlı Qüvvələrindəki imamı Adil Öksüz, “Kaynak Kağıt” şirkətinin sabiq müdiri Kamal Batmaz və elektrik mühəndisi Harun Binişdən ibarət olduğu müəyyənləşdirilib.

Belə ki, K. Batmaz və A. Öksüz 11 iyul tarixində ABŞ-a səfər ediblər. İki gündən sonra K.Batmaz yenə Adil Öksüz ilə birlikdə Türkiyəyə dönərək hərbi çevrilişi birlikdə idarə ediblər.

İstintaq çərçivəsində A. Öksüz və K. Batmazın “Akıncı bazası”, eləcə də Atatürk Hava Limanındakı görüntüləri də əldə edilib.

Qeyd edək ki, hazırda Harun Binişdən həbs olunub.

cev-1

Anar

Gununsesi.info