Türkiyənin paytaxtı Ankarada “Hacı” ləqəbli Göksəl S-nin mütəşəkkil cinayətkar dəstəsinə qarşı əməliyyat keçirib.
Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, paytaxtın 64 məntəqəsində eyni vaxtda əməliyyat keçirilib. Nəticədə 40 nəfər saxlanılıb.
Xüsusi təyinatlıların apardığı əməliyyatda 300 nəfər iştirak edib. İlk olaraq, Göksəl, Sinan, Gökçə S-nin olduğu Mamak binasına əməliyyat təşkil edilib.
Binada axtarış zamanı gizli bir keçid müəyyən edilib. Keçiddən cinayətkarların polis basqınından qaçmaq üçün istifadə etdiyi ehtimal edilir.













