Türkiyədə iki əsgəri ildırım vuraraq öldürdü

  • By admin
  • 28 Noyabr 2019 12:42

Türkiyə iki hərbçisini şəhid verib.

Gununsesi.org xəbər verir ki, bu barədə qardaş ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Hakkaridə yerləşən Davuş Təpə bazasında 2 jandarmanı ildırım vuraraq öldürüb.

Bundan başqa, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, 27 noyabrda Akçakalede PKK-nın minaatanlarla atəşi nəticəsində yaralanan iki əsgər də şəhid olub.

 

 

Gununsesi.org