Türkiyədə ildırım faciəsi: 2 ÖLÜ, 6 YARALI

  • Müəllif: admin
  • 14 İyun 2017 15:44

simsek

Türkiyənin Ərzincan vilayətinin Oğulcuq kəndində tarlada çalışanların üzərinə ildırım düşüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Xəsarət alanlardan ikisi uşaqdır.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Gununsesi.info