Türkiyədə karantin rejimi sərtləşdirildi

  • By admin
  • 17 Noyabr 2020 22:23

Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

O qeyd edib  ki, əgər yoluxma halları belə davam edərsə, hamı üçün ağır nəticələrə gətirib çıxaracaq.

“Bununla əlaqədar olaraq həftə sonları saat 10:00-20:00 arası istisna olmaqla, küçələrə çıxmaq məhdudlaşdırılacaq. Məktəblər ilin sonuna qədər onlayn olaraq davam edəcəklər”, – deyə Ərdoğan çıxışında bildirib.

 

 

Gununsesi.info