Türkiyədə keçmiş polis rəisi saxlanıldı

  • By admin
  • 23 Avqust 2017 22:16

polis_turk_171213
Ötən ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə cəhddən sonra işdən çıxarılan polis rəisi Məhməd Turqut saxlanılıb.

Axar.az xəbər verir ki, uzun müddətdir axtarışda olan M. Turqut Adana şəhərində saxlanılıb.

Yaşadığı evdən çıxmayan və ətrafı kameralarla nəzarətdə saxlayan keçmiş polis rəisinə qarşı əməliyyat keçirilib və o, nəzarət altına alınıb.

Qeyd edək ki, keçmiş polis rəisi FETÖ istintaqı çərçivəsində saxlanılıb.

 

Gununsesi.info