Türkiyədə koronavirusdan bu gün 15 nəfər ölüb

  • By admin
  • 28 İyul 2020 22:07

Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da koronavirus qurbanlarının sayı 5 645 nəfərə çatıb.

Son sutkada daha 963 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 227 982 nəfərə çatıb.

Son sutkada daha 1 092 nəfər koronavirusdan sağalıb. Hazırda ölkədə koronavirusdan sağalanların ümumi sayı 211 561 nəfərdir.

Gununsesi.info