Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • By admin
  • 23 İyun 2021 22:52

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 65 nəfər vəfat edib.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyunun 23-də yoxlanış məqsədilə götürülən 224 192 testdən 5809-u müsbət çıxıb.

Sutka ərzində 5917 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 248 862 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 763 nəfərdir.

Gununsesi.info