Türkiyədə mitinqdən qayıdan polis avtomobili aşıb, 16 nəfər yaralanıb

  • Müəllif: admin
  • 02 İyun 2018 10:45


Türkiyənin Bitlis əyalətində polisləri daşıyan mikroavtobusun aşması nəticəsində 16 nəfər yaralanıb.

Gununsesi.info TRT Haber-ə istinadən xəbər verir ki, yaralı polis əməkdaşları avtomobilin qəzaya uğradığı Tatvan rayonun dövlət xəstəxanasına yerləşdiriliblər.

Polis əməkdaşları Türkiyənin baş naziri Binəli Yıldırımın Batmanda keçirdiyi mitinqdən qayıdırmış.

Hadisə Tatvan-Van avtomobil yolunun Yelkenli kəndi hissəsində baş verib.

Gununsesi.info