Türkiyədə Novruz şənliyində saxlanılanlar var

  • By ilhame
  • 18 Mart 2024 21:07

Türkiyənin İstanbul şəhərində keçirilən Novruz şənliyində PKK lideri Abdullah Öcalanın afişasını açan 3 nəfər və terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə axtarışda olan 2 nəfər saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Türkiye” məlumat yayıb.

 

Qeyd olunub ki, sözügedən ərazidə polisə müqavimət göstərən, qanunsuz şüarlar səsləndirən daha 70 nəfər saxlanılıb.

 

Bildirilib ki, terrorla mübarizə qətiyyətlə davam edəcək.

Gununsesi.info