Türkiyədə PKK-çıların növbəti təxribatı – 1 şəhid

  • By admin
  • 16 Sentyabr 2016 22:42

p

 

Türkiyənin Van şəhərində PKK terror təşkilatı daha bir təxribat törədib.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, PKK-çılar Vanın Çatal vilayətindən Narlı məhəlləsinə sərnişin daşıyan avtobusu dayandıraraq sürücü, müvəqqəti kənd gözətçisi Ali Ogünü başına silah dayayaraq oradan aparıblar.
Daha sonra silah səsi eşidirlib. Sərnişinlər silah səsinin gəldiyi yerə gedərək gözətçinin cəsədini görüblər.

Bölgəyə cəlb olunan təhlükəsizlik qüvvələri qaçan terrorçuların zərərsizləşdiirlməsi üçün əməliyyata başlayıblar.

Qeyd olunur ki, şəhid evli və 2 uşaq atası olub.

 

Gununsesi.info