Türkiyədə qayıq batdı, 7 miqrant öldü

  • Müəllif: admin
  • 26 Dekabr 2019 14:42
Türkiyənin miqrantları daşıyan qayığın batması nəticəsində 7 nəfər ölüb.

Gununsesi.org Anadolu agentliyinə istinadla xəbər verir ki, hadisə Van gölündə baş verib. Sərnişinlərdən 64-nü xilas etmək mümkün olub.

Qeyd edək ki, İranla həmsərhəd olan Van vilayəti Türkiyə sərhədini qanunsuz keçərək Avropaya keçməyə çalışan Əfqanıstan və Pakistandan gələn miqrantlar üçün tranzit ərazidir.