Türkiyədə “RABİA” dartışması səngimək bilmir…

  • By admin
  • 20 İyun 2017 23:00

erdo-rabia

Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son çıxışlarından birində  CXP genəl başqanı Kamal Kılıcdaroğlunun “RABİA” işarəsi ilə bağlı tənqidlərinə yenidən münasibət bildirib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, Ərdoğan həmin işarənin dünyada terror təşkilatı sayılan bir örgütün işarəsi olması barədə deyilənləri bir daha qəbul etmədiyini və bunun tam əsassız olduğunu söyləyib.

“Bu adam deyir ki, biz terror təşkilatının işarətini AKP-nin işarəti-simgəsi etmişik. Bu adamın görəsən. “RABİA” nə demək olduğundan bir anlayışı varmı? “RABİA” “Tək Millət”, “Tək Bayraq”, “Tək Vətən”, “Tək Dövlət” deməkdir…”-deyə, o, sözlərinə əlavə edib.

KAMİL

Gununsesi.info