Türkiyədə silahlı hücum: AKP rəsmisi və 2 yaxını qətlə yetirildi

  • Müəllif: Firuzə
  • 27 İyul 2026 10:10

Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatının sədri Mehmet Direk, oğlu Ercan və qardaşı oğlu Bekir qəbiristanlıqda baş verən silahlı hücum nəticəsində qətlə yetiriliblər. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra polis əməkdaşları ərazini mühasirəyə alıb və bütün giriş-çıxışları nəzarətə götürüb. Silahlı hücumu həyata keçirənlərin kimliyi və hadisənin motivləri araşdırılır.

Hücumun törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat aparılır.

Gununsesi.info