Türkiyədə son sutkada koronavirusdan 157 nəfər ölüb

  • By admin
  • 07 Yanvar 2022 21:34

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər ölüb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 406 min 796 nəfərin test edildiyi, 63 min 214 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 29 min 197 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

 

Gununsesi.info