
Xocalı soyqırımının tanıdılması, Xocalıya ədalət kampaniyası çərçivəsində ən çox tədbir keçirilən ölkələrdən biri də qardaş Türkiyə Cümhuriyyətidir. Buna baxmayaraq, bu tipli tədbirlərin Türkiyənin əsas şəhərlərində -İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə keçirilməsi də bəllidir. Lakin Türkiyənin elə bölgələri var ki, orada da belə tədbirlərə ciddi ehtiyac var.
Gununsesi.info-nun xəbərinə görə, bu günlərdə Sinop şəhərində təhsil alan azərbaycanlı gənc Şahin Əliyevin təşkilatçılığı ilə Sinop Universitetində təhsil alan gənclər Mirzağa Səfərli, Tural Məmmədov, Doğan Bingöl, Yeliz Eroğlu və Burak Yılmaz Xocalıya həsr edilən böyük bir konfrans düzənləyib. Konfrasda adıçəkilən təhsil ocağında təhsil alan yerli və xarici tələbəklər, həmçinin, universitetin pedoqoji kollektivi iştirak edib.
Azərbaycanlı tələbələr ermənilərin Xocalıda törətdiyi kütləvi qırğın barəsində geniş danışıblar. Bundan başqa Xocalıya həsr edilən filmlərin də nümayişi olub.













