Türkiyədə tələbələr arasında dava –  3 nəfər yaralandı, 20-si saxlanıldı

  • Müəllif: admin
  • 02 İyun 2017 19:27

1496413894-4175

 

Türkiyədə Ankara Universitetinin nəzdində yerləşən Cebeci tələbə şəhərciyində müxalif olan iki qrup arasında dava olub.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb, 20 nəfər saxlanılıb.

Əraziyə cəlb olunan polislər dava edən tələbələrə qarşı bibər qazından istifadə edərək qarşıdurmanı dayandırıblar.

 

Gununsesi.info