Türkiyədə terrorçu “ovu” - Həbs olunanlar var

  • Müəllif: admin
  • 16 Mart 2017 10:46

turkiyaa

Adana Təhlükəsizlik Qüvvələrinin Terrorla Mübarizə İdarəsinin əməliyatçılarının son iki gün ərzində PKK və KCK terrorçularına qarşı apardıqları əməliyyatlar zamanı 74 şübhəli saxlanılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində saxlanılan şübhəlilərdən 18-i uşaq, 8-i qadın, 48-i isə kişidir.

Belə ki, əməliyyata polis vertolyotu ilə yanaşı, xüsusi təyinatlılarlar da cəlb olunub.

Aparılan əməliyyat ilə əlaqədar istintaqın çox istiqamətli davam etdirildiyi və şübhəlilər sayının arta biləcəyi qeyd edilib.

Anar
Gununsesi.info