Türkiyədə və İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib

  • By admin
  • 07 May 2020 18:41
Türkiyənin Adıyaman bölgəsində həyata keçirilən antiterror əməliyyatı nəticəsində üç terrorçu məhv edilib.
Gununsesi.org xəzərxəbər-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Hərbi Hava Qüvvələrinin dəstəyi ilə bölgədə keçirilən əməliyyatlar davam etdirilir.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın Şimalındakı Hakurk, Zap və Haftanin bölgələrindəli terror düşərgələrinə dəqiq zərbə endiriblər. Nəticədə dörd PKK terrorçusu zərərsizləşdirilib.

Gununsesi.org