Türkiyədə virusdan sağalanların sayı 113 mini keçdi

  • By admin
  • 20 May 2020 20:40

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 152 587 nəfərə çatıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O qeyd edib ki, son bir gündə koronavirusdan 23 nəfər ölüb. Bununla da koronavirus qurbanlarının sayı 4 222 nəfərə çatıb.

Ölkədə daha 972 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Son bir gündə 1 092 nəfər sağalıb. Bununla da sağalan xəstələrin sayı 113 987 nəfərə çatıb.

Son sutka ərzində koronavirusla bağlı 20 838 test aparılıb.

 

 

Gununsesi.org