Türkiyədə zəlzələ baş verib

  • Müəllif: admin
  • 07 Noyabr 2017 09:50

Türkiyənin qərbində Muğla vilayətində zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, yeraltı təkanlar 4,4 bal gücündə qeydə alınıb.

Məlumata görə, zəlzələ yerli vaxtla səhər saat 05:40-da yerin 42 kilometr dərinliyində baş verib.

İnsan tələfatı və dağıntılar barədə məlumat daxil olmayıb.

Gununsesi.info