Türkiyədə zəlzələ qurbanlarının sayı artdı -YENİLƏNDİ

  • By admin
  • 07 Fevral 2023 13:02

Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay məlumat yayıb.

Onun sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 3419-a çatıb. Yaralıların sayı isə 20 534-ə yüksəlib.

10:51

Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 3 381-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD rəsmisi Orhan Tatar bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 20 426-ya yüksəlib.

09:09

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.

Gununsesi.info-nun xəbərinə görə, zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.

Yeraltı təkanlar 6 217 binanı dağıdıb.

7,7 bal gücündə zəlzələdən sonra ən böyüyü 6,6 bal gücündə olmaqla 183 afterşoklar olub.

Zəlzələ baş verən ərazilərdə fövqəladə vəziyyət elan edilib, 4-cü səviyyəli həyəcan siqnalı verilib.

Bundan əvvəl 2 379 nəfərin həlak olduğu bildirilib.

Gununsesi.info