
Mosul şəhərinin şimalından pejmərgələr 4 istiqamətdən hərəkata başlayıb.
Gununsesi.info türk mətbuatına istinadən xəbər verir ki, 2014-cü ilin avqust ayından başlayaraq, bu İŞİD-ə qarşı İraqdakı kürd silahlılarının ilk əks hücumlarıdır.
Peşmərgə liderlərinin verdiyi açıqlamaya görə, məqsəd Mosulun yaxınlığında yerləşən Başika qəsəbəsini azad etməkdir.
Qeyd edək ki, bu ərazidəki kürd yaraqlılarını Türkiyə dəstəkləyir. Yaraqlıların Mosul istiqamətində hərəkəti bu baxımdan Türkiyənin əməliyyata başlaması anlamına gəlir.
İstər İraq mərkəzi hökuməti, istərsə də ABŞ Türkiyənin Mosula əməliyyatına isti baxmasalar da, Ankaranın israrlı tələbləri nəticəsində yalnız pejmərgələrin Mosul əməliyyatına qoşulmasına bir şərtlə razılıq verilmişdi – Kürd Yaraqlıları Mərkəzi İraq hakimiyyətinin rəhbərliyinə tabe olmalıdırlar. Həmin şərtlə razılaşan rəsmi Ankara bir neçə günlük son hazırlıqdan sonra öz peşmərgələrini meydana sürüblər
Gülnaz Qənbərli
Gununsesi.info












