Türkiyədən əməliyyatla bağlı yayılan xəbərə – Sərt reaksiya

  • By admin
  • 17 Fevral 2018 19:56


Türkiyə “Zeytun budağı” əməliyyatında kimyəvi qazlardan istifadə etməyib.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Röyters”ə açıqlamasında adını açıqlamayan türkiyəli diplomat deyib. O bildirib ki, Türkiyənin kimyəvi silahdan istifadə etməsi ilə bağlı yayılan xəbərlər “qara təbliğat”dır:

“Türkiyə “Zeytun budağı”əməliyyatı zamanı mülki vətəndaşlara xəsarət yetirməmək üçün son dərəcə ehtiyatlı davranır. Heç vaxt kimyəvi silahdan istifadə etməmişik. Bu barədə yayılan bütün iddialar əssassızdır”.

Qeyd edək ki, Suriyadakı kürd qüvvələri və Suriya İnsan Haqqları Rəsədxanası türk ordusunun “Zeytun budağı” əməliyyatı zamanı vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi ilə bağlı yalan məlumat yayıb.

Gununsesi.info