Türkiyədən Qarabağla bağlı SON DƏQİQƏ AÇIQLAMASI

  • By admin
  • 14 Noyabr 2020 11:57

Türkiyə və Rusiyanın yüksək vəzifəli şəxslərdən ibarət hərbi heyətləri Qarabağ müzakirələrini bu gün də davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, görüşlər Ankarada keçirilir.

Ötən gün 20 nəfərlik rus hərbi heyəti Türkiyəyə səfər edib və ilk olaraq Xarici İşlər Nazirliyində görüşlərə qatılıb.

Müzakirələr Dağlıq Qarabağ bölgəsində atəşkəsdən sonra görüləcək işlər ətrafında aparılır.

Gununsesi.info