Türkiyəli alimlər “robot balıq” hazırladı - FOTO

  • By admin
  • 14 Fevral 2018 21:40

Türkiyəli mühəndislər tərəfindən “robot balıq” hazırlanıb.

Gununsesi.info xəbər verir ki, robot “Fırat” Universitetində Türkiyənin Elmi və Texniki Tədqiqatlar Təşkilatının dəstəyi ilə hazırlanıb

Robot balığın hazırlanması 360 min lirəyə başa gəlib.

Qeyd olunur ki, bu robot su altında müşahidələr aparmaq qabiliyyətindədir və xarici görünüşünə görə balıqdan heç nə ilə fərqlənmir.