Türkiyəli deputat ömürlük həbs cəzasına məhkum edilə bilər

  • By admin
  • 01 Dekabr 2017 19:48


Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Enis Berberoğlu ömürlük həbs cəzasına məhkum edilə bilər.

Trend-in məlumatına görə, deputat Türkiyə kəşfiyyatının fəaliyyəti ilə bağlı fotomaterialların yayılmasında ittiham olunur.

Qeyd edək ki, bir müddət əvvəl E.Berberoğlu bu materialların ona partiya sədri Kamal Kılıçdaroğlu tərəfindən verildiyini bildirmişdi.

Gununsesi.info