Türkiyəli elm adamları koronavirusun “barmaq izini” çıxardı

  • By admin
  • 09 Aprel 2020 11:19

Türkiyəli elm adamları koronavirusun təcridini həyata keçiriblər.

Gununsesi.org bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Tədqiqatlar təxminən bir ay əvvəl başlanıb. Xəstələrdən götürülən nümunə ilə virusun genom ardıcıllığı öyrənilib.

“Bu, virusun “barmaq izi”dir və araşdırmalar üçün çox dəyərlidir… Bundan sonrakı proses peyvənd işləri üçün əhəmiyyət daşıyır”, – deyə elm adamları bildiriblər.

Gununsesi.org