Türkiyəli nazir ölkəmizə səfər edəcək

  • By admin
  • 15 Noyabr 2017 09:05

Gələn ilin əvvəlində Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Berat Albayrak Azərbaycana rəsmi səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

“2018-ci ilin yanvar ayının əvvəlində Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda nazir Berat Albayrakın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir”, – deyə o vurğulayıb.

Gununsesi.info