Türkiyəli nazirlə CHP-li deputat arasında sərt çəkişmə – Nazir salonu tərk etdi / VİDEO+FOTOLAR

  • By admin
  • 09 May 2023 10:46

Türkiyədə yaxınlaşan 14 may siyasi seçkilərinə günlər qala, siyasətin dili bir qədər də sərtləşməyə başlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, seçkilərin son həftəsinə girilməsi ilə siyasi gərginlik bir qədər də artıb. Trabzon şəhərində gerçəkləşdirilən mükafatlandırma zamanı Nəqliyyat və Quruculuq Naziri Adil Karaismailoğlu ilə CHP-li deputat Ahmet Kaya arasında çəkişmə yaşanıb.

Trabzondan olan CHP-li deputat nazirə “Bir həftə sonra iqtidarıq”, – deyə nazirə “Trabzonspor” Futbol Klubuna yer təxsis etməyi təklif edib.

Nazir Kayanın salonu siyasət yerinə çevirməsinə etiraz edərək bunları deyib:

“Mən burada siyasət etmədim. Bura siyasət etmə yeri deyil”.

Salondakı digər iştirakçıların araya girməsi ilə nazir salonu tərk edib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info