”Türkiyəni Avropa İttifaqından uzaqlaşdırmaq yolverilməzdir” - SABİQ KANSLER ŞRÖYDER

  • By admin
  • 17 Oktyabr 2017 17:28

1500321945

Almaniyanın sabiq kansleri Herxard Şröyder bəyan edib ki, Avropa İttifaqı Türkiyə və Rusiyanın Asiyaya üz çevirməsinə imkan verməməlidir.

Gununsesi.info “Handelsblatt” qəzetinə istinadən xəbər verir ki, Şröyder Avropa İttifaqına Türkiyə və Rusiya ilə normal münasibətlər qurmağı təklif  edib: “Biz nəzərə almalıyıq ki, Türkiyə və Rusiyanın Avropaya alternativi var. Onlar üzlərini Asiyaya doğru çevirə bilərlər”.

Şröyder əlavə edib ki, Avropada sabitliyi ancaq Türkiyə və Rusiyanın iştirakı ilə təmin  etmək mümkündür: “Ona görə də Avropa İttifaqı Türkiyə və Rusiyaya yönəlik siyasətindən əl çəkməlidir, əks təqdirdə Ankara və Moskva üzlərini Çinə doğru yönəldə bilərlər”.

Gununsesi.info