“Türkiyənin 9 vilayətinə giriş-çıxış qadağası ləğv olunur”

  • By admin
  • 11 May 2020 21:15

“9 vilayətimiz –  Diyarbakır, Adana, Mardin, Trabzon, Ordu, Kahramanmaraş, Şanlıurfa, Tekirdağ, Dənizli vilayətlərinə giriş-çıxış məhdudiyyəti aradan qaldırlacaq”. 

Gununsesi.org-un xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVİD-19) bağlı nazirlərlə keçirilən telekonfransdan sonra açıqlamasında bildirib.

Qeyd edək ki, keçən həftə, Antalya, Aydın, Ərzurum, Hatay, Malatya, Mersin və Muğlaya giriş-çıxış məhdudiyyəti aradan qaldırılmışdı. Beləliklə, Türkiyədə giriş-çıxış qadağası qoyulan 31 vilayətdən 15-i qalıb.

 

Gununsesi.org